"İşğaldan azad olunmuş ərazilərdə komandaların yaradılması barədə razılığa gəldik".

Bunu açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov qurumun iclasından sonra deyib.

O, həmin ərazilərdə futbolun inkişafının müzakirə olunduğunu söyləyib: "Füzulidə, Laçında, Kəlbəcərdə, Zəngilanda və Cəbrayılda komandaların yaradılması barədə razılığa gəldik. AFFA-ya bununla bağlı xüsusi proqramın hazırlanması tapşırılıb".