Futbol üzrə İspaniya millisi Millətlər Liqasının 1/2 final matçında İtaliyaya qalib gəlib.
Görüş 2:1 hesabı ilə başa çatıb.
Artıq üçüncü dəqiqədə Yeremi Pino İspaniyanı hesabda irəli çıxarsa da, səkkiz dəqiqə sonra Çiro İmmobile penalti ilə hesabı bərabərləşdirib.
Oyunun bitməsinə iki dəqiqə qalmış Xoselu qalibiyyət qolunu vurub.
İspaniya finalda Xorvatiya ilə qarşılaşacaq. Görüş mayın 18-də baş tutacaq. Komandalar meydançaya Bakı vaxtı ilə saat 22:45-də daxil olacaqlar.
Bürünc medal uğrunda görüşdə italyanlar niderlandlı futbolçularla qarşılaşacaq.