Uruqvay millisində yeni baş məşqçi təyinatı olub.
Yerli futbol federasiyasının açıqlamasıında argentinalı mütəxəssis Marselo Bielsa ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. Sözləşmənin detalları hələ ki məlum deyil. Yaxın günlərdə təcrübəli məşqçi ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, Marselo Bielsa gələn ay Nikaraqua və Kuba millilərinə qarşı oyunlarda komandanın “sükanı arxası”nda olacaq. O, 2002-ci ildə Argentina, 2010-cu ildə isə Çili yığmalası ilə mundialda çıxış edib.