UEFA Çempionlar Liqasinda yarimfinal mərhələsinə Madriddə start verilib.

Yerli Real " Santyaqo Bernabeu" arenasında “Mançester Siti”ni qəbul edib. Görüşə qonaqlar yaxsi başlasalar da, Tibo Kurtua inamlı oyunu ilə 1-ci hissədə qapısinı toxunulmaz saxlayıb. Əvəzində meydan sahibləri hesabı açıblar. Vinisius Junior baxımlı qol vuraraq yerli azarkeşləri coşdurub. Fasiləyə mininal üstünlüklə yollanan İspaniya çempionları 2-ci hissədə bunu qoruya bilməyiblər. Baxmayaraq, ki, 1-ci yeridən fərqli olaraq bu dəfə daha çox  “Real Madrid” futbolçuları hücum etsələr də, qonaqlar hesabı bərabərləşdirməyə nail olublar. Kevin de Brüyne uzaq məsafədə qapıya qüvvətli ve dəqiq zərbə endirib  - 1:1. Qalan vaxtda tərəflərin səyləri nəticəsiz qalıb və görüş  bu hesabla bitib. Qeyd edək ki, cavab görüşü mayın 17-də Mançester şəhərində olacaq.