“Masters” seriyalı Madrid turnirinə yekun vurulub.

Finalda ispaniyalı Karlos Alkaras almaniyalı Yan Lennard Ştruffla qarşılaşıb. İlk setdə 6:4 hesabilə üstün olan yerli tennisçi 2-ci bölümdə məğlub olub. Həlledici hissədə isə 6:3 hesabilə üstün olan Alkaras turnirin qalibi olmaqla yanaşı 1 milyon 100 min avroya da sahib çıxıb. Beləliklə Dünya reytinqinin 2 nömrəli tennisçisi mövsümdə 4-cü, ümumilikdə isə 10-cu titulu qazanıb. Alkaras müsahibəsi zamanı Roma turnirində də iddiasını qoruyacağını bildirib: “Vacib turnirlərdə yüksək templə mübarizə aparmaq çətindir amma hər zaman  kortda ən yaxşısını etməyə çalışıram. Təzyiq altında ikən oyunum daha yaxşı alınır. Keçirdiyim 13 finalın 10-da qalib gəlmişəm. Romada da uğur qazanacağıma inanıram”

Qeyd edək ki, 2 gün sonra “Masters” seriyalı Roma turnirinə start veriləcək.