Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları sona yaxınlaşır.
1/4 final seriyalarının 4-cü oyunlarında azarkeşlər maraqlı mübarizənin şahidi olub. İspaniyada keçirdiyi ilk ili oyunda gözlənilmədən “Partizan”a məğlub olan “Real Madrid” seriyada hesabı bərabərləşdirə bilib. Belqradda keçirilən 2-ci oyunda Xesus Mateonun komandası artıq ilk bölümdə təşəbbüsü ələ almağı bacarıb. Fasiləyə qədər Serbiya təmsilçisi fərqi azaltmağa cəhd etsə də, müəyyən qədər istəyinə nail olub. Amma ikinci hissə də madridlilər yenidən üstünlüyü keçirməyi bacarıb. Beləliklə də, səfərdə “Partizan”ı 85:78 hesabıyla məğlub edən “Real Madrid” seriyanın həlledici oyununu doğma meydanda keçirmək imkanını qazanıb.
Təl-Əvivdə keçirilən “Makkabi” ilə “Monako” arasındakı oyunda da seriyada hesab bərabərləşib. “Menora Mivtaxim” arenasında təşkil olunan ilk görüşdə monakolular qələbə qazana bilmişdisə, bu dəfə israillilər daha xoş təsir bağışlayıb. Hərçənd ilk bölüm qonaqların üstünlüyü şəraitində keçib. İkinci bölümdən etibarən təzyiqi artıran “Makkabi” sərrast atışlarla rəqibini darmadağın etməyi bacarıb: Makkabi Təl-Əviv – Monako 104:69. Bu komandalar arasında sonuncu oyunu gələn həftə Monakoda keçiriləcək.