Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

Tədbirdən əvvəl Azərbaycan respublikasının dövlət himni səsləndirilib. Daha sonra avarçəkmə vəkanoe federasiyasının prezidenti Vüqar Əhmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Şuşa rayonu istisna olmaqla Azərbaycan Respublikasının prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yarışın əhəmiyyətindən danışıb idmançılara uğurlar arzulayıblar. Reqatada təmsil olunan  ölkələrin bayraqları yarış meydanına gətiriləndən sonra turnir açıq elan olunub. Yarışda avarçəkmənin akademik, kayak və kanoe növü üzrə 20 ölkədən 100-dən çox idmançı bacarığını göstərir. Turnir mayın 5-i və 6-da Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam etdiriləcək. Reqatanın bağlanış mərasimi mayın 7-si Bakıda keçiriləcək.