Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində növbəti oyununu keçirib. Yığmamız A qrupundakı ikinci qarşılaşmasında İtaliya seçməsi ilə qarşılaşıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Azərbaycan 4 xalla liderliyə yüksəlib. Görüşdə 26-cı dəqiqədə Rəvan Kərimov, 46-cı dəqiqədə isə Mirmehdi Rzayev İtaliya seçməsinin qapısına yol tapıblar.
B qrupunda mübarizə aparan qardaş ölkə Türkiyə futbolçuları isə ikinci turda Fransa kollektivi ilə üz-üzə gəlib. Ukraynaya 2:3 hesabı ilə məğlub olan “ay-ulduzlar” budəfəki rəqiblə də bacarmayıblar. Görüş Fransa millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digət matçlarında isə bu nəticələr qeydə alınıb. Gürcüstan İtaliyanı 4:2, Qazaxıstan Cənubi Afrika Respublikasını 5:1 hesabı ilə məğlub edib. Çexiya və Serbiya seçmələrinin qarşılaşması isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.