Niderland kubokunun finalında əzəli rəqiblər PSV və “Ayaks” üz-üzə gəlib.
Rotterdamın “De Kuip” arenasında keçirilən görüşdə hesab 1-ci hissənin sonunda açılıb. Eyndhoven klubunun müdafiəçisi Djarred Brantueyt avtoqol müəllifi olub. Fasilədən sonra tarazlıq bərpa olunub. 67-ci dəqiqədə Torqan Azar hədəfdən yayınmayıb - 1:1. Görüşün əsas vaxtı elə bu hesabla yekunlaşıb. Əlavə yarımsaatda da hesab dəyişməyib. Finalın taleyi penaltilər seriyasında müəyyənləşib. Burda daha dəqiq olan PSV futbolçuları ardıcıl 2-ci, ümumilikə isə 11-ci dəfə fəxri mükafata sahib olublar. Qeyd edək ki, rekord Niderland kubokunu 20 dəfə əldə edən “Ayaks”a aiddir. 13 dəfə Niderland kubokunu qazanan “Feyenord” isə 2-ci pillədə qərarlaşıb.