Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər açıqlanıb. Komandamızın üzvlərindən ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımız aprelin 15-də qüvvəsini sınayacaq. Kişilərin yarışında 67 kq çəkidə İsa Rüstəmov   aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq. Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.