Basketbol Liqasında 25-ci turun mərkəzi oyunu “AAAF Xırdalan” və NTD arasında olub.
Görüşə fəal başlayan nominal qonalar ilk peridodda 32-19 hesabı ilə irəli çıxıblar. İkinci hissədə də təşəbbüsü əldən verməyən NTD basketbolçuları böyük fasiləyə 56:40 hesablı üstünlüklə yollanıb. 3-cü periodda Xırdalan təmsilçiləri ardıcıl xallar qazansalar da yekunda istəyinə nail ola bilməyiblər. NTD rəqibini 102-95 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar oyunçusu Brayson Robinson olub. NTD klubunun basketbolçusu 34 xal və 11 ribaundla fərqlənib. Bu qələbə sayəsində xallarının 44-ə çatdıran NTD yenidən zirvəyə yüksəlib. Ondan bir xal az toplayan “Sabah” ikincidir. İlk 3-lüyü 42 xalla “Gəncə” komandası tamamlayır.