Fransada bədii gimnastika üzrə 34-cü Beynəlxalq Qran-prinin son günündə təmsilçimiz qızıl medal qazanıb.  Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə bütün rəqibərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala layiq görülüb. Xatırladaq ki, bir gün əvvəl gimnastımız çoxnövçülük proqramında da gümüş mükafat əldə etmişdi.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız isə 3 lent və 2 topla hərəkətlərdə gümüş, 5 halqa ilə hərəkətlərin icrasında isə bürünc medala sahib çıxıb.