İtaliya Kubokunda yarımfinal mərhələsi başlanıb.

İlk oyunda “İtaliya derbisi” olub. “Yuventus” Turində “İnter”i qəbul edib. İlk hissədə komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb. Qarşılaşmada bütün maraqlı hadisələr son dəqiqələrdə baş verib. Vaxtın bitməsinə 7 dəqiqə qalmış Xuan Kuadrado “qoca sinyora”ya üstünlük qazandırıb. Azarkeşlər matçın “Yuventus”un minimal hesablı qələbəsi yekunlaşacağını düşünsələr də, yanılıblar. Final fitinə saniyələr qalmış Bremer cərimə meydançasında əllə oynadığına görə meydan sahiblərinin qapısına penalti təyin edilib. Romelu Lukaku 11 metrlik nöqtədən dəqiq zərbəylə hesabı bərabərləşdirərək mübarizəyə nöqtə qoyub. Qoldan sonra meydanda gərginlik yaranıb. Qolların müəllifləri Xuan Kuadrado və Romelu Lukaku qırmızı vərəqəylə cəzalanıb. Bundan başqa “İnter”in qapıçısı Samir Handanoviç meydandan çıxarılıb. “Inter” və “Yuventus” komandaları arasında yarımfinalın cavab matçı aprelin 26-da keçirkləcəjk.