"Çelsi"nin futbolçusu Kay Havertz səhhəti ilə bağlı narahatlıqlardan şikayətlənir. O, orqanizmasında şəkər miqdarının normadan artıq olduğunu açıqlayıb. Bu barədə xarici mediyaya açıqlamasında Havertz bunları deyib: “Keçən yay pəhrizimi tamamilə dəyişdim və dietoloq tutdum. Deməliyəm ki, özümü heç yaxşı hiss etmirdim. Pəhriz mənə tam əks təsir etdi. Mən şəkərli qidaları çox sevirəm. Yəqin ki, fikir vermisiniz ki, mən matçdan sonra şəkərli içki içirəm. Bu, mənə güc verir. Dietoloq bunun aradan qaldırılmasının lazım olduğunu söylədi . Mən belə etdim, amma təsir tamamilə fərqli oldu.”.

 Hazırda ev şəraitində müalicəsini davam etdirən Havertz bu problemin onun karyerasına ciddi təsir göstərməyəcəyini bildirib.