Bolqarıstan yeniyetmə qılıncoynadanlıarın dünya birinciliyinin ikinci günündə oğlan və qız sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
ıİdmançımız Zərifə Hüseynova Plovdiv şəhərindəki yarışda tarixi nəticə əldə edib. Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü 4-lüyə yüksəlib. İdmançımız yarımfinalda amerikalı Jenna Şomana 15:13 hesabı ilə məğlub edib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. bununla da o, Azərbaycanın qılıncoynatma idmanı tarixində ilkə imza atıb. Xatırladaq ki, Zərifə Hüseynova daha öncə, 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyində bürünc mükafat qazanmışdı.