Braziliya millisi və Pari Sen Jermen klubunun futbolçusu Neymar onlayn kazinoda böyük məbləğdə pul uduzub.

Sosial şəbəkələrdə paylaşılan videoçarxda 31 yaşlı hücumçu 2 saat ərzində 1 milyon avrodan çox pul itirdiyi göstərilir.

Qeyd edək ki, zədəyə görə mövsümü vaxtından əvvəl başa vuran superulduz daha əvvəl də oyundan kənar fəaliyyətləri ilə gündəmə gəlib.