Basketbol Liqasının 23-cü turunun ilk oyunu “Sabah” və “AAAF Xırdalan” arasında olub.
Görüşə çempionatın lideri “Sabah” basketbolçuları fəal başlayıblar. Nominal meydan sahibləri ilk periodda 21:18 hesabı ilə irəli çıxıblar. Lakin Xırdalan basketbolçuları ikinci hissədə vəziyyəti xeyirlərinə dəyişə biliblər. Ardıcıl xallar qazanan qonaqlar böyük fasiləyə 43:33 hesablı üstünlüklə yollanıblar. “AAAF Xırdalan” növbəti periodlarda da təşəbbüsü əldən verməyib və yekunda 84:69 hesabı ilə qalib gəlib. Xırdalan klubunun üzvü Deymon Makdouel 28 xal və 5 ribaundla matçən ən məhsuldar basketbolçusu seçilib. Bu qələbə sayəsində xallarının sayını 39-a çatadıran “AAAF Xırdalan” “Sabah”ı qabaqlayaraq ilk pilləyə yüksəlib. Turun digər
Oyunlarında NTD “Olimpik Şəki”ni, “Neftçi” “Sərhədçi”ni , “Gəncə” isə “Zirvə Astara”nı qəbul edəcək.