Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli zədəsini sağaldıb.

 25 yaşlı hücumçu zədədən sonrakı bərpa dönəmini artıq geridə qoyub. Millimizin forvardı tezliklə kollektivlə məşqlərə başlayacaq. Mahirin Super Liqanın 27-ci turunun "Ümraniyespor"la matçında meydanda olacağı gözlənilir. Qeyd edək ki, Mahir Türkiyə Super Liqasının 26-cı turunun "Qalatasaray"la görüşündə (2:1) zədələnmişdi. Hücumçu buna görə millimizin Avro-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçlə matçlarında iştirak edə bilməyib.