Formula 1-də sərbəst yürüşlərin müddəti azaldıla bilər. Bu barədə qurumun rəhbəri Stefano Domenikali məlumat verib. Onun fikrincə, trassın üzərində manevrlər etmək sürət həvəskarlarına heç nə qazandırmır SİTAT: “Mümkün qədər sərbəst yürüşlərin sayını azaltmaq lazımdır. Bu, sadəcə müxtəlif komandaların mühəndislərinin marağına xidmət edə bilər, bundan teletamaşaçılar heç nə qazanmır. Biz bu qaydanı dəyişmək üçün səylə çalışırıq. Pilot trasa çıxırsa, mübarizə aparmalıdır, ambissiyasız hərəkət etməyin mənası yoxdur.  Amma bu qərarı qəbul etməzdən əvvəl FİA ilə də məsləhətləşməliyik”.