Avropa Çempionatında seçmə mərhələnin F qrupunda qərarlaşan milli komandamız İsveçin paytaxtı Stokholmda yerli kollektiv ilə üz üzə gəlib.

“Friends Arena”da təşkil olunan görüş milli komandamızın qitə turnirində ikinci sınağı olub. Görüşü Fransadan olan hakimlər briqadası idarə edib. Belə ki, oyunun baş hakimi xanım Referi Stefani Frappar olub. Bu milli komandamızın tarixində oyun idarə edən ilk xanım baş hakim olub. İlk hissədə bir qol vurulub. 38-ci deqiqede Emil Forsberq seçməmizin qapısına yol tapıb. Fasilədən sonra ardıcıl hücumlarla yadda qalan meydan sahibləri fərqi artırıblar. 65 ci deqiqede Behlul Mustafazadə avtoqol müəllifi olaraq rəqibin irəli keçməsinə imkan yaradıb. Çox keçmədən Viktor Gyokereş yıgmamızı 3-cü dəfə mərkəzə dəvət edib. Bununla da kifayətlənməyən İsveç oyunçuları oyunun sonunda bir dəqiqə ərzində 2 qol vurmaqla mübarizəyə nöqtə qoyublar. 88-ci deqiqede meydana yenicə daxil olan Yesper Karlson, saniyələr sonra isə Entoni Elanqa fərqləniblər: İsveç - Azərbaycan 5-0... Bununla da İsveç millisi qrupda ilk 3 xalını qazanıb.