“Sumqayıt”ın keçmiş futbolçusu Araz Abdullayev hələ də klubsuzdur.
Hazırda fərdi olaraq məşq edən yarımmüdafiəçi mövsümün sonunu gözləyir. Həmin vaxt o, Türkiyəyə yolanmağı planlaşdırır. Türkiyə birinci liqası klublarından birinə keçməyi planlaşdıran millimizin keçmiş üzvü hələ ki, hansı komandaya keçəcəyini dəqiqləşdirməyib. Xatıraladaq ki, Samir Abasovun “Sumqayıt”a baş məşqçi təyin olunmasından dərhal sonra klub Araz Abdullayevlə müqaviləni qarşılıqlı razılıq əsasında pozmuşdu.