Dünya çempionatındakı arzuolunmaz çıxışı ilə yadda qalan Cənubi Koreya millisi mundialdan sonra baş məşqçisi Paulo Bento ilə yolları ayırmışdı.

Artıq ölkənin futbol federasiyası portuqaliyalı mütəxəssisin yerinə yeni çalışdırıcı ilə razılaşıb. Milli komanda bundan sonra almaniyalı Yürgen Klinsmana həvalə olunub. Qeyd edək ki, o, 3 illik fasilədən sonra yenidən baş məşqçi kimi fəaliyyət göstərəcək. Keçən müddət ərzində Amerikada yaşayan və Avropanın bir sıra televiziya kanallarında mütəxəssis kimi dəvət olunan Klinsmanın son iş yeri isə Almaniya Bundesliqasında çıxış edən “Herta” Berlin komandası olub. Xatırladaq ki, Cənubi Koreya yığması mart ayında 2 yoxlama matçında qüvvəsini sınayacaq. Komanda əvvəlcə Kolumbiya, sonra isə Uruqvay seçmələri ilə üz-üzə gələcək.