2018-ci ildə Argentina Millisinin baş məşqçisi vəzifəsinə təyin olunan Lionel Skaloni daha 3 il yığmaya rəhbərlik edəcək.

Argentina Futbol Federasiyası Skaloni ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb. Təcrübəli çalışdırıcı növbəti mundialda da komandanın sükanı arxasında olacaq. Fəaliyyət müddəti ərzində Argentina millisi ilə 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə isə “Finalissimo” və Dünya Kubokunun qalibi olan Skaloni eyni zamanda Argentina seçməsinin 36 oyunluq məğlubiyyətsiz seriya ilə ölkə futbol tarixində rekord nəticələr qazanıb.