FİFA 2022-ci ilin ən yaxşılarını mükafatlandırıb.
Qətər mundialının qalibi Argentina millisinin kapitanı Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçilib. O, səsvermədə komanda yoldaşı Kilyan Mbappe və “Real”ın liderlərindən Kərim Benzemanı qabaqlayıb. Bununla Messi karyerasında 2-cİ dəfə analoji mükafata yiyələnib. Argentina millisinin qapıçısı Emiliano Martines ən yaxşı qolkiper, “albiseleste”yə rəhbərlik edən Lionel Skaloni ən yaxşı baş məşqçi adına layiq görülüb. Skaloni Karlo Ançelotti və Pep Qvardiolanı arxada qoyub. Ən yaxşı qadın futbolçu adına “Barselona”nın ulduzu Aleksiya Putelyas sahib olub. 2022-ci ildə vurulan ən gözəl qolun müəllifi də müəyyənləşib. Çexiyalı amputant futbolçu Martsin Oleksinin vurduğu qol Puşkaş mükafatına layiq görülüb. 2017-ci ildə təsis olunan “FİFA THE BEST”-də laureatları milli komandaların kapitanları və baş məşqçiləri, jurnalistlər və azarkeşlər FİFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşdirir.