İtaliya A Seriyasında 23-cü tur yekunlaşıb. Son oyun günündə “Torino” yarış cədvəlinin sonuncusu olan “Kremoneze” ilə qarşılaşıb. 41-ci dəqiqədə Antonio Sanabria penaltidən yararlanaraq hesabı açıb. İkinci hissədə qonaqlar bərabərlik yaradıblar. Frank Tsadjud komandasını ümidləndirib. 75-ci dəqiqədə “Kremoneze”nin heyətindən Emanuele Valeri daha bir qol vuraraq fərq yaradıb. Torino klubu son dəqiqələrdə məğlubiyyətdən xilas olub. Stefane Sinqo mübarizəyə nöqtə qoyub: “Torino” – “Kremoneze” 2:2. 31 xalı olan “Torino” 9-cudur. Mövsüm ərzində cəmi 9 xal toplaya bilən “ Kremoneze” isə sonuncudur.