Solt-Leyk Sitidə MBA tarixində 72-ci “All Star” həftəsi başa çatıb.

Şou proqramın son günündə Lebron Ceymslə Yannis Adentokumbonun komandaları üz-üzə gəlib. “Yuta Cazz”ın sahibi olduğu “Vivint Smart Home Arena”da azarkeşlər MBA ulduzlarının ifasında maraqlı oyunun şahidi olub. İlk period 46:46 hesabı ilə başa çatıb. İkinci bölümdə təzyiqi artıran Yannisin komandası fasiləyə 7 xallıq üstünlüklə yollanıb. 3-cü hissədə Lebronun komandası 49 xal, Yannisin basketbolçuları isə 59 xal topıayıb. Son bölümdə Ceymsin liderlik etdiyi komanda fərqi azaltsa da məğlubiyyətdən qaça bilməyib. Beləliklə də Yannisin komandası Lebronun komandasını 184:175 hesabı ilə məğlub edib. Oyunun ən məhsuldar oyunçusu Adentokumbonun komandasında çıxış edən Ceyson Teytum olub.  “Boston Seltiks”in forvardı meydanı 55 xal, 10 ribaund və 6 məhsuldar ötürmə ilə tərk edib. Teytum həmçinin “All Star” matçının ən dəyərli oyunçusu seçilib.