Azərbaycan çempionatının 22-ci turunda “Səbail” doğma arenada “Zirə”ni qəbul edib. Son 9 rəsmi görüşündə rəqibinə uduzan “Səbail” futbolçuları nəhayət uğursuzluğa son qoyublar. 1-ci hissədə hesab açılmayıb. 2-ci hissədə isə meydan sahibləri 2 cavabsız qol vurublar. David Qomis və Mirabdulla Abbasov qapını dəqiq nişan alıb: “Səbail” – “Zirə” 2:0. Qələbə sayəsində “Səbail” xallarının sayını 16-ya çatdırıb və turnir cədvəlində sonuncu pillədən qurtulub. Komanda “Kəpəz”i 2 xal qabaqlayaraq 9-cu yerə yüksəlib. “Zirə” isə 32 xalla 4-cü yerdədir.

22-ci tura “Sumqayıt” – “Şamaxı” oyunu ilə yekun vurulub. Meydan sahibləri Kərim Abubakarın vurduğu yeganə qolla minimal hesablı qələbə qazanıblar. Bununla da turnir cədvəlində “Şamaxı”nı 2 xal geridə qoyan “Sumqayıt” 18 xalla 7-ci yerə yeksəlib. Qeyd edək ki, yarışa 58 xalla “Qarabağ” başçılıq edir. Ağdam klubunun ən yaxın izləyicisi “Sabah” liderdən 5 xal geri qalır. İlk 3-lüyü 45 xalla “Neftçi” tamamlayır.