İtaliya A seriyasının 21-ci turunda “Latsio” “Verona”nın qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab fasilə ərəfəsində açılıb. Pedro paytaxt klubunu önə çıxarıb. 2-ci yarıda isə “Verona” futbolçuları fəallaşaraq tarazlığı bərpa ediblər. 51-ci dəqiqədə Siril Nqonge hesabı bərabərləşdirib. Qalan vaxtda komandaların bütün səyinə baxmayaraq başqa qol olmayıb. “Verona” – “Latsio” 1:1.
Orta sıralarda gedən “Montsa”nın isə digər autsayder “Sampdoriya” ilə oyununda da qalib müəyyənləşməyib. 12-ci dəqiqədə qonaqlardan Manolo Qabyadini hesabı açıb. 32-ci dəqiqədə Andrea Petanya bu qola cavab verib. Fasilədən sonra Genuya klubu yenidən irəli keçib. Qabyadini dubl edib. Amma Deyan Stankoviçin komandası üstünlüyü sonadək qoruya bilməyib. Final fitinə saniyələr qalmış Matteo Pessina qonaqların qapısına təyin olunan penaltidən yararlanaraq son nöqtəni qoyub. “Montsa” – “Sampdoriya” 2:2 .
Hazırda “Napoli” 56 xalla liderdir. “İnter” 43 xalla 2-ci, “Roma” 40 xalla 3-cüdür. 2 oyundur heç-heçə edən “Latsio” isə 39 xalla ilk 4-lüyü tamamlayır.