Adını xokkey tarixinə qızıl hərflərlə yazdıran Bobbi Hall 84 yaşında vəfat edib. 1961-ci ildə “Çikaqo Blekhoks”un heyətində Stenli Kubokunun qalibi olan əfsanəvi kanadalı oyunçu xokkeyin populyarlaşmasında böyük rol oynayıb.

Hall 1960-1972-ci illər aralığında 12 dəfə MXL-in “All Star” matçşında iştirak edib. O, 1974-cü ildə Kanada millisinin heyətində SSRİ yığmasına qarşı Superseriya oyunlarında meydana çıxıb. 1976-cı iı ildə isə Kanada Kubokunun qalibi olub.  Əfsanəvi oyunçunun adı 1983-cü ildə xokkeyin, 1988-ci ildə isə Kanada idmanının şərəf zalına daxil edilib. Hall həmçinin MXL tarixinin 100 ən məşhur oyunçuları siyahısında da yer alıb. Kanadalı xokkeyçi karyerası ərzində MXL-də 1063 görüş keçirib. O 610 qol vurub və  560 məhsuldar ötürmə ilə yadda qalıb.  Xatırladaq ki, Hallın formasını geyindiyi 9 nömrəli forma “Çikaqo Blekhoks”, “Arizona Koyots” və “Vinnipeq Cets” klubları tərəfindən əbədiləşdirilib.  Qeyd edək ki, Brett Hall da atası Bobbinin yolunu davam etdirib və 2 dəfə Stenli Kubokunun qalibi olub.