İspaniya Kubokunda 1/16 final mərhələsinin daha 3 oyunu keçirilib. Aşağı liqa təmsilçisi “Eldense” doğma meydanda “Atletik Bilbao” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 6:1 hesablı qələbəsilə yekunlaşıb. Bilbao təmsilçisinin qollarını Niko Villiams, Aleks Berenqer, Oyer Sarraqa və İker Muniyanin vurublar. Bundan başqa “Eldense”nin futbolçusu Ruben Korrea avtoqol müəllifi olub.
“Ximnastik” – “Osasuna” matçında əsas vaxt 1:1 hesabilə başa çatdığından əlavə yarım saat oynanılıb. Burada Erik Montesin avtoqolu “Osasuna”ya 2:1 hesablı qələbə qazandırıb.
Digər La liqa təmsilçisi “Betis” də mərhələ adlayıb. Komanda səfərdə “İbitsa İslas Pitiusas”la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, “Betis” futbolçuları dönüş etməyi bacarıblar. Vilyam Josenin dublu, Edqar Qonsales və Nabil Fekirin qolları həlledici olub: “İbitsa İslas Pitiusas” – “Betis” 1:4.