Almaniyada keçirilən qadınlar və kişilər arasında izləmə yarışı maraqlı mübarizə şəraitində keçib.  “Tur de skay” adı ilə tanınan xizək turnirində qadınların mübarizəsində İsveçdən Frida Karlsson uğur qazanıb. O, sərbəst üslubda 20 km məsafəni 48 dəqiqə 5 saniyəyə qət edərək fəxri kürsünün üst pilləsinə qalxıb. Ondan 14,1 saniyə geridə qalan finlandiyalı Krista Pryamakoski ikinci yeri tutub. Norveçli xizəkçi Tiril Udnes Venq isə liderdən 1 dəqiqə 28 saniyə geriyə düşərək 3-cü yerə sahib çıxıb.

Kişilərin yarışında isə 5 qat olimpiya çempionu Yohannes Klebo uğur qazanıb. Norveçli xizəkçi sərbəst üslubda 20 km məsafəni 41 dəqiqə 35 saniyəyə qət edərək finiş xəttini birinci keçib.Yeri gəlmişkən, bu yarışda qalib gələn Yohannes Klebo “Tur de skay”da 15-ci qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib. Bununla yanaşı, Klebo ardıcıl 4-cü dəfə yarışları qalib başa vuraraq bu göstəricidə Sergey Ustyuqovla Aleksandr Bolşunovun rekordlarına yaxınlaşıb. Mütləq rekord üçün norveçli xizəkçi qarşıdakı iki yarışı da qazanmalıdır.Klebonun digər həmyerlisi Sindre Byornstadt Skar isəAlmaniyada ikinci olub. O, Yohannesdən 1,8 saniyə geri qalıb. İtaliyadan Federiko Pelleqrino fəxri kürsünün üçüncü pilləsinə qalxıb.