“Zirə” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. Komanda yerli futbolçularla hazırlığa başlayıb. Legionerlər isə iki gün sonra düşərgəyə qoşulacaqlar. Komanda toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb.  “Zir’ə yanvarın 10-da Rumıniya, 17-də isə Macarıstan və Serbiya təmsilçisi ilə üz-üzə gələcək. Komanda yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

“Səbail” isə yanvarın 17-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altıda komanda 3 yoxlama oyunu keçirəcək. “Səbail” yanvarın 8-də polşanın “Legiya”, 12-də Çexiyanın  “Bohemians”, 16-da isə Serbiyanın  “Spartak” klubu ilə qarşılaşacaq. Yeri gəlmişkən, Şahin Dinyevin məşqçilər heyöəi də müəyyənləşib. Azər Məmmədovla Kərim Diniyev baş məşqçinin köməkçisi təyin olunub. Elmir Xankişiyev fiziki hazırlıq üzrə məşqçi, Fuad Əsədov qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Yanvarın 7-də Antlyayaya yola düşəcək “Turan Tovuz”un da hazırlıq çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının tarixləri də məlukm olub. Komanda yanvarın 9-da “Petrolul”la qarşılaşacaq. 4 gün sonra İsveçrə təmsilçisi ilə üz-üz gələcək Turan Tovus toplanışıa Polşa komandası illə oyunla yekun vuracaq. Tovuz təmsilmçisinin ynvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.