İspaniya La Liqasının 15-cı turunda “Atletiko Madrid” doğma meydanda yarış cədvəlinin autsayderi “Elçe” isə görüşüb. Qarşılaşmada aşkar favorit olunan meydan sahibləri rəqibini məğlub etməkdə çətinlik çəkməyib. 56-cı dəqiqədə Joao Feliks hesabı açıb. Çox keçmədən Alvaro Morata ikinci dəfə rəqib qapısına yol tapıb: “Atletiko” – “Elçe” 2:0.
“Jirona” – “Rayo Valyekano” qarşılaşmasında isə məhsuldar heç-heçə qeydə alınıb. Tərəflər birinci hissədə hərəyə bir dəfə fərqlənməklə yadda qalıblar. 2-ci dəqiqədə Serjio Kamello qonaqları irəli çıxarıb. İlk yarının ortalarında isə Valentin Kastelyanos bərabərlik yaradıb. İkinci hissədə isə “Rayo Valyekano”nun heyətindən İsi Palzon, “Jirona”dan isə Samuel Saiz hərəyə bir dəfə qol vurmaqla diqqət çəkiblər: “Jirona” – “Rayo Valyekano” 2:2.