İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Yarış cədvəlinin orta pillələrində qərarlaşan “Çelsi” doğma meydanda “Bornmut” ilə üz-üzə gəlib. “Zadəganlar” 17-ci dəqiqədə rəqib qapısına yol tapıblar. Rahim Sterlinqin ötürməsindən sonra Kay Havertz fərqlənərək komandasını irəli çıxarıb. Çox keçmədən qonaqlar ikinci dəfə mərkəzə dəvət olunub. Meyson Maunt komandasını sevindirib. Fasilədən sonra “Bornmut” futbolçuları fərqi azaltmağa çalışsa da səyləri nəticəsiz qalıb. “Çelsi” – “Bornmut” 2:0.
Yüksək pillələr uğrunda yarışan “Mançester Yunayted” isə “Notingem Forest”i məğlub etməkdə çətinlik çəkməyib. 19-cu dəqiqədə Markus Reşford hesabı açıb. 3 dəqiqə sonra Antoni Marsial fərqi iki topa çatdırıb. Qeyd edək ki, bu qolun məhsuldar ötürməsini də Markus Reşford edib. Fasilə ərəfəsində “Notingem” futbolçularından Villi Boli “qırmızı şeytanlar”ın qapısına yol tapsa da, VAR-a baxan hakim qolu qeydə almayıb. Erik Ten Haqın kollektivi ikinci hissədə rəqibi üçüncü dəfə mərkəzə dəvət edərək mübarizəyə nöqtə qoyub. “Mançester Yunayted” – “Notingem Forest” 3:0.