"Neftçi"dən ayrılan Mamadu Mboc karyerasını Azərbaycanda davam etdirə bilər.
Seneqallı müdafiəçi ilə “Səbail” və “Sumqayıt” klubları maraqlanır.
29 yaşlı futbolçu özü də, Azərbaycanda qalmağın, əleyhinə deyil. Futbolçunun bu klublardan hansına üstünlük verəcəyi yanvar ayında bilinəcək Qeyd edək ki, “Srvena Zvezda”, “Napredak” klublarında da oynayan mamadu Mboc “Neftçi”yə 2019-cu ildə “Jalqris”dən keçib.