Yaponiyalı tennisçi Naomi Osaka isə bu ilin ən çox gəlir əldə edən qadın idmançısıdır.
Nüfuzlu “Forbs” nəşrinin hesablamasına görə, yaponiyalı raketka ustası yola saldığımız ildə 51,1 milyon dollar gəlir əldə edib. Maraqlıdır ki, o bu gəlirin yalnız 1,1 milyonunu yarışlardan qazanıb. Elə ikinci pillədə də tennisçi qərarlaşıb. Söhbət 41,3 milyon dollar gəlir əldə edən Serena Uilyamsdan gedir. Amerikalı fristaylçı Eylin Qu isə 20,1 milyon dollar qazancla 3-cü yerdə qərarlaşıb.