Formula 1 yarışlarında son iki mövsümün qalibi olan “Red Bull”un üzvü Maks Ferstappen Böyük Britaniyanın nüfuzlu “Autosport” nəşrinin versiyasına görə ilin ən yaxşı pilotu seçilib.
İkinci pilləni “Ferrari” pilotu Şarl Lekler tutub. 3-cü yerə isə ralli üzrə son dünya çempionu finlandiyalı Kalle Rovanperya layiq görülüb. Maraqlıdır ki, bu mövsüm heç bir Formula 1 yarışında finiş xəttini birinci keçə bilməyən Lüis Hemilton ən yaxşı pilotlar arasında 4-cü pilləyə yüksəlib. Yeri gəlmişkən, “Autosport”un baş mükafatına sahib çıxan Maks Ferstappen Niderlandda da ilin idmançısı mükafatına layiq görülüb. Maks 2016 və 2021-ci illərdə də ölkəsinin ən yaxşı idmançısı seçilmişdi.