Braziliyanın “Krisiuma” klubunun yarımmüdafiəçisi Renan Areyas karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolçu ilə “Sumqayıt” və “Səbail” klubları maraqlanır. Areyasın artıq qış fasiləsində adıçəkilən klublardan birinə keçəcəyi gözlənilir. Qeyd edək ki, Areas həmçinin “Korintians”, “Konfyansu”, həmçinin Belçikanın “Rozelar”, İsrailin “Aşdod” və “Hapoel İksal” klublarında da çıxış edib.