İspaniya kubokunun 1/32 final mərhələsində “Real Valyadolid” səfərdə “Arenas Klab” ilə üz-üzə gəlib. La Liqada çıxış edən “Valyadolid” kollektivi aşkar favorit hesab olunsa da, hesabı meydan sahibləri açıblar. Jorje Qorostiza komandasını sevindirib. Çox keçmədən Serxio Eskudero və Şon Veysman “Arenas”ın qapısına yol tapıblar. Fasilədən sonra İvan Sançez fərqi bir qədər də artırıb. Görüşün sonlarında Kike Perez və Serxio Leon mübarizəyə nöqtə qoyublar. “Arenas” – “Real Valyadolid” 1:5.
Turun daha bir böyükhesablı qələbəsi “Deportivo Koria” – “Real Sosyedad” komandalarının görüşündə olub. İlk hissədə azarkeşlər 3 qol izləyiblər. Robert Navarro, Muhammed Ali-Ço və Brais Mendez rəqib qapısına yol taparaq “Sosyedad”ı irəli çıxarıblar. İkinci hissədə Xon Karrikaburu dubl müəllifi olaraq yekun nəticəni müəyyənləşdirib. “Koria” – “Real Sosyedad” 0:5.