Azərbaycan kanoe və avarçəkmə federasiyasının illik hesabat tədbiri keçirilib. Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzindəki təşkil olunan yığıncaqda çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev 2022-ci ildə avarçəkmənin  yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. O, il ərzində bir sıra böyük uğurların qazanıldığını diqqətə çatdırıb.

Ardınca mətbuat xidmətininn rəhbəri Vüsal Qurbanov federasiyanın 2022-ci il üçün hesabatını səsləndirib. İl ərzində Qarabağda beynəlxalq yarışların keçirlməsi ,habelə bölgələrdə də avarçəkmənin inkişafı üçün mühüm addımların atıldığı bildirilib.

Yeni ildə bir çox yarışın proqramı artıq məlumdur. Həkəri çayının Qubadlıya düşən hissəsində mötəbər yarışlar təşkil etmək variantları nəzərdən keçirilib.  Əlavə olunub ki, əsas hədəflərdən biri dünya və Avropa çempionatı kimi yarışlara ev sahibliyi etməkdir. Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.