Basketbol Liqasında 10-cu turun son matçı  Astara Olimpiya İdman Kompleksində keçirilirb. 

Çempionatın autsayderi   “Zirvə” NTD-ni qəbul edib. Oyuna fəal başlayan qonaqlar ilk period 28-25 hesabı ilə irəlidə tamamlayıblar. İkinci hissədə NTD basketbolçuları xal fərqini daha da artırıblar. Komandalar böyük fasiləyə NDT –nin 53-40 hesablı üstünlüyü ilə yollanıb.  Meydan sahibləri yalnız görüşün son periopdunda fəallaşıblar. Lakin NDT rəqibinin uğur qazanmasına imkan verməyi və yekunda   92-81 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu  NTD-nin üzvü  Londell Kinq olub.  O,  33 xal və  24 ribaundla fərqlənib. Bu nəticə ilə xallarının sayını 17-ə çatdıran NDT 4-cü pillədəki yerini qoruyub. Eyni xala malik “AAF Xırdalan” və “Sabah” 2-ci-3-ü yerləri bölüşür. Turnir cədvəlinə 18 xalla “Gəncə” komandası başçılıq edir.  “Sərhədçi” 16 xalla 5-ci, ondan 4 xal az toplayan “Olimpik Şəki” 6-cı yerdədir. Hesabında 12 xalı olan “Neftçi” və 17 xala malik “Zirvə” sonuncudur.   Qeyd edək ki, 11-ci turun oyunları dekarın 21-dən 24-dək keçiriləcək.