Qətərdə futbol üzrə dünya çempionatının finalında Fransa millisi Argentina seçməsi ilə üz-üzə gəlib.
Fransa futbolçuları titullarını qoruya bilməyiblər. 23-cü dəqiqədə argentinalılar hesabı açıblar. Lionel Messi penaltini dəqiq yerinə yetirməklə mundialda 6-cı qolunu vurub. Qeyd edək ki, kapitan dünya çempionatlarında 26-cı oyununa çıxmaqla həm də Lotar Matteusun göstəricisini geridə qoyaraq yeni rekord müəyyənləşdirib. 36-cı dəqiqədə hesab artıb. Anxel Di Mariya hədəfdən yayınmayıb - 2:0. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra ssenari dəyişib. Xususilə oyunun sonları maraqlı alınıb. Kilyan Mpabbe 94 saniyə ərzində 2 qol vuraraq tarazlığı bərpa edib. O, əvvəlcə 80-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Arıdınca yenidən qapını dəqiq nişan alan Mbappe hesabı bərabərləşdirib - 2:2. Qarşılaşmanın əsas vaxtı bu hesabla bitib. Qalibi müəyyənləşdirmək üçün komandalar əlavə yarımsaat oynamalı olublar. 109-cu dəqiqədə Lionel Messi yenidən Argentina seçməsini hesabda önə keçirib. Amma bu dəfə də Kilian Mbappe tarazlığı bərpa edə bilib. Het-trik edən forvard mundialda 8-ci qolunu vurub və bombardirlər yarışında messini geridə qoyaraq ən sərrast futbolçu olub. Finalın taleyi isə pealtilə seriyasında müəyyənləşib. Burda Mbappe və Messi furseti qacirmayıb. Ardınca Fransa millisinin heyətində Koman və Tçuameninin fürsəti qaçırması həlledici olub. Zərbələrdə daha dəqiq olan argentinalııar 36 ildən sonra dünya kubokuna sahib olublar. Cənubi amerikalılar tarixlərində 3-cü dəfə fəxri mükafata yiyələniblər. Buna kimi Argentina millisi 1978 və 1986-cı ildə də fəxri mükafata layiq görülmüşdü.