Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefa verib.

Bu barədə Portuqaliya Futbol Federasiyasının saytında qeyd olunub. 68 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilədək olsa da, tərəflər müqaviləni vaxtından əvvəl xitam etmək barədə razılığa gəlib. Qeyd edək ki, Fernandu Santuş 2014-cü ildən Portuqaliya millisinin çalışdırırdı. Onun rəhbərliyi altında yığma 2016-cı ildə Avropa çempionu və 2019-cu ildə Millətlər Liqasının qalibi olmuşdu.