Dünya çempionatının finalında Argentina millisinin rəqibi Fransa - Mərakeş görüşündə müəyyənləşib.
"Əl Beyt" stadionunda keçirilən qarşılaşmaya titulun sahibi yaxşı başlayıb. Didye Deşamın komandası artəq 5-ci dəqiqədə hesabı açıb. Teo Ernandes qapını dəqiq nişan alıb. Mərakeş futbolçuları fasiləyə kimi tarazlığı bərpa etmək üçün çox çalışsalar da, istəklərinə çata bilməyiblər.Şimali afrikalılar 2-ci yarıda da topa daha çox nəzarət ediblər. Amma bu, heç bir nəticə verməyib. 79-cu dəqiqədə Fransa seçməsi 2-ci topu rəqibin qapısından keçirib. Kristofer Nkunku zədələndiyinə görə heyətə əlavə olunan Randaı Kolo Muani meydana daxil olan kimi qol vurub. Qalan vaxtda hesab dəyişməyib. Beləliklə ötən mundialım qalibi fransalılar Mərakeş komandasını 2:0 hesabiıə məğlub rdərək finaıa çıxıblar. ardıcıl 7-ci dünya çempuonatında 4-cü dəfə həlledici görüşdə mübarizə aparacaq Fransa yığması bu göstəricidə rekord müəyyənləşdirib. Bundan başqa Fransa futbolçuları ardıcıl 2-ci mundialda finala vəsiqə qazanan 6-cı komanda kimi tarixə düşüb. Daha əvvəl İtaliya Braziliya Niderland Almamiya və Argentina seçmələri bu uğura nail olmuşdu. Argentina və Fransa yığmaları arasında Qətər mundialının finalı dekabrın 18-i saat 19:00-da başlanacaq. Dünya şempionatlarında yrlmfinala çıxan ilk Afrika komandası kimi fərqlənən Mərakeş millisi isə dekabrın 17-si 3-cü yer uğrundaXorcatiya seçməsi ilə üz-üzə gələcək. Bu matç da 19:00-da start götürəcək.