“Böyük Dəbilqə” seriyalı turnirlərin 22 qat qalibi Rafael Nadal ATP tərəfindən təsis edilən mövsümdə azarkeşlərin ən sevimli tennisçisi mükafatına sahib çıxıb.
Maraqlıdır ki, 2000-c ildən təsis olunan bu mükafatı Rocer Federer ardıcıl 19 il qazanıbsa, ispaniyalı tennisçi ilk dəfə bu kateqoriyada qalib elan edilib. Buna qədər braziliyalı raketka ustası Qustavo Kuerten 3 və rusiyalı tennisçi Marat Safin iki dəfə bu mükafata yiyələnib.