Dünya çempionatının sürpriz komandalarından Mərakeş millisi yarımfinalda Fransa yığması ilə üz-üzə gələcək. Mundiallar tarixində yarımfinalda çıxış edən ilk Afrika təmsilçisi olan mərakeşlilər növbəti süpriz nəticənin arzusundadırlar. İspaniya və Portuqaliya kollektivini mübarizədən kənarlaşdıran komandanın baş məşqçisi Valid Reqeaqi-də mıtbuat konfransında iddialı danışıb. Futbolçu karyerasının böyük hissəsini Fransada keçirən məşqçi finala adlamaq və qalib olmaq istəyindən danışıb. O, Afrikada futbol mentalitetini dəyişməyə çalışdıqlarını deyib: "Bu bizim tariximizdə çempion olmaq üçün yeganə şansdır. Biz finala yüksəlmək və mundilalı qazanmaq istəyirik. İnanılmaz yüksək enerji və əhval ruhiyyə ilə meydana çıxacıq. Qətiyyən yorulmamışıq və bilirik ki, bu yarımfinal oyununda daha çox qaçmalı olacıq. Mənim ikili vətəndaşlığım var və bunlardan biri Fransadır. Buna görə də bu ölkənin komandasına qarşı oynamaqdan məmnunluq hissi duyuram. Dünyanın ən yaxşı komandasına qarşı mübarizə aparacıq. Mundiala Afrika futbolunun mentalitetini dəyişmək üçün gəlmişik. Artıq yarımfinala yüksəlməklə, adımızı tarixə yazıdrmışıq. Amma bununla kifayətlənmək fikrində deyilik".

Fransa millisinin baş məşqçisi Didye Deşam da tarixi nəticənin bir addımlığındadır. Belə ki, indiyə ki, dünya çempionu olan komandalardan yalnız 2-si titulunu qorumağı bacarıb. 1-cisi 1934-cü ildə çempion olan və 4 il sonra kuboku yenidən başı üzərinə qaldıran İtaliya seçməsidir. 1958 və 1962-ci illərdə isə braziliyalılar bu uğura nail olublar. Ötən əsrin sonlarına sambaçıların bunu 2-ci dəfə təkrarlamasına 1998-ci ilə məhz fransalılar mane olmuşdular. İndi FRansa seçməsi özü titulunu qorumağa yaxındır. Təbii ki, bunun üçün əvvəlcə Mərakeş səddi keçilməlidir. Didye Deşam da media nümayəndələri ilə görüşdə bu məqama diqqət yetirib: Son illər dünya çempionu olan komandaların növbəti mundialda uğursuzluqla üzləşməsi ilə bağlı neqativ tendensiyalar vardı. Vaxtilə əsrin əvvəllərində biz də bununla üzləşmişiq. 1998 çempionluqundan 4 il sonra qrup mərhələsini aşa bilmədik. Hazırda bu neqativliyi aradan qaldırmaq və titulu qorumaq üçün yaxşı imkanlarımız var. Demək olar ki, heç kim mərakeşliləriin bura qədər gələcəyini gözləmirdi. Amma yarımfinala təsadüfi komandalar çıxa bilməz. Onların oyunlarını izləmişəm, afrikalılar nəinki müdafiədə yaxşı oynayırlar, eyni zamanda hücümda da effektiv çıxış edirlər. Yoxsa təkcə müdafiə hesabına bura kimi gəlmək olmazdı. Bilirəm tribunalarda mərakeş seçməsinə əla dəstək olacaq. Amma unutmayaq ki, fanatlar meydanda qol vurmurlar. Yəni rəqibin böyük azarkeş kütləsinə baxmayaraq hər şey özümüzdən asılıdır. Hər iki komandanın finala adlamaq imkanlarını bərabər qiymətləndirərdim.

Qeyd edək ki, hər iki komandanın heyətində itkilər var. Fransa millisində Lyuka Hernandes zədəlidir. Mərakeş millisində isə Valid Keddira cəzalıdır. Nussair Mazraui və Romen Saisin zədəsi var, oyunda iştirakı sual altındadır. Hakim Ziyeşin də zədəli olduğu bildirilsə də, qarşılaşmada meydanda olacağı ehtimal edilir. Bu gün saat 23-də başlanacaq Fransa – Mərakeş görüşünü meksikalı Sesar Arturo Ramos-un başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.