Dünya çempionatının ilk yarimfinal oyununda Argentina ve Xorvatiya milliləri üz-üzə gəlib.

Göruşdə hesab 34-cü dəqiqədə açılıb. Argentina yıgmasının kapitani Lionel Messi penaltini dəqiq yerinə yetirib. Mundialda 5-ci qolunu vuran Messi bombardirlər yarışında Kilian Mbappeye çatıb. Az sonra hesab artıb. Bu dəfə Xulian Alvares fərqlənib. Fasiləyə 2:0 hesablı üstünlüklə yollanan cənubi amerikalılar 2-ci hissədə daha bir qol vurublar. Lionel Messi uzun reyd ederək Xulian Alvaresin qol vurmasına imkan yaradıb  - 3:0. Beləliklə rəqibinə böyükhesabla qalıb gələn Argentina millisi tarixində 6-cı dəfə finala adlayıb. Bu göstəricidə rekord 8 dəfə finalda oynayan Almaniya millisinə məxsusdur. Qeyd edək ki, argentinalılar bundan əvvəl cızdıqları 5 final matçının yalnız 2-də fəxri mükafata sahib olublar. Yarimfinalda uduzan xorvatiyalılar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki ötən mundialın finalçısı olan Xorvatiya millisi 1998-ci ildə də bürünc medalları qazanmışdı.