WTA müxtəlif nominasiyalarda mövsümün qaliblərinin adını ictimaiyyətə açıqlayıb.

Gözlənildiyi kimi bu il “Böyük Dəbilqə” seriyalı Rolan Qarros və Uimbldon yarışlarının ali mükafatını qazanan polşalı raketka ustası İqa Şvöntek mövsümün oyunçusu seçilib. “Australian Open”, “Uimbldon” və “US Open” turnirlərinin qalibləri,  çexiyalı Barbara Kreyçikova ilə Katerjina Sinyakova “ən yaxşı cütlük” nominasiyasında qalib gəlib. İlin ən çox inkişaf edən tennisçisi adına isə braziliyalı Beatris Haddad-Mayya layiq görülüb. O, mövsümə 80-ci sıralardan başlasa da, ili ilk 20-likdə tamamlayıb. Reytinqdə 27-ci yeri tutan çinli Çjen Tsinven ilin debütant oyunçusu nominasiyasında qalib gəlib. İkinci övladını dünyaya gətirdikdən sonra yarışlarda iştirak edən və “Uimbldon”un yarımfinalına çıxan almaniyalı Tatyana Mariya “ilin qayıdışı” mükafatını qazanıb. WTA reytinqində 3-cü yeri tutan amerikalı Cessika Pequlanın məşqçisi Devid Uitt isə mövsümün məşqçisi seçilib.