FİFA Hakimlər Komitəsi yarımfinal oyunu öncəsi bəzi qərarlar verib.
Xüsusilə final oyununu idarə etməyə əsas namizədlərdən ispaniyalı Mateo Laosun bundan sonra qalan oyunlara təyinat almayacağı gözlənilməz olub. ¼ finalda Argentina – Niderland matçında rekord sayda- 15 dəfə sarı vərəq göstərən Laos hər iki tərəfin narazılığına sbəb olmuşdu. FİFA-nın mübahisələrə daha çox səbəb verməmək üçün bu addımı artdığl bildirilir. Xatırladaq ki, Mateu Laos qrup mərhələsində Qətər – Seneqal və İran – Amerika Birləşmiş Ştatları qarşılaşmasını da idarə etmişdi. Mundialda çıxış edən ispaniyanın digər hakimləri – Alexandro Ernandes Ernabdes, Xuan Martines Munuera və Rikardo de Burqas isə hələlik Qətərdə qalıblar və onlara VAR hakimi kimi təyinatlar veriləcək. Hazırda final oyununu idarə etməyə əsas namizəd Braziliyalı Vilton Sampayo hesab olunur. Ona əsas rəqib kimi britaniyalı Entoni Teylor göstərilir. Britaniyanın digər hakimi Maykl Oliveri isə FİFA Qətərdən yollayıb.