FİFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.

Top "Əl Hilm", ərəb dilindən tərcümədə "Arzu" adlanır. Qətərin paytaxtı Dohada təşkil olunan xüsusi təqdimetmə mərasimində Braziliya millisinin sabiq futbolçusu Kaka, habelə İspaniya yığmasının keçmiş qapıçısı İker Kasilyas da iştirak edib. Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Qeyd edək ki, həlledici qarşılaşma "Lusail" stadionunda oynanılacaq.